Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus Merlin Mk4 tipli helikopterin ölkənin cənub-qərbində qəzaya uğraması nəticəsində 3 hərbçi həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları məlumat yayıb.
Qəza Devon qraflığının Okhempton şəhəri yaxınlığındakı Sourton Daun bölgəsində, yerli vaxtla təxminən səhər saat 03:45 radələrində baş verib. Helikopter boş tarlaya düşüb.
Hərbi hava vasitəsi planlı təlim uçuşu yerinə yetirirmiş.
Şahidlərin sözlərinə görə, qəzadan əvvəl helikopterin mühərrikinin səsi kəsilib, ardınca səmada güclü qırmızı parıltı və partlayış baş verib.
Baş nazir Kir Starmer hadisəni "tamamilə faciəvi" adlandırıb. Müdafiə naziri Con Hili və Hərbi Dəniz Qüvvələrinin rəhbəri general Ser Qvin Cenkins həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı veriblər.
Hadisə yerində xilasetmə və hərbi istintaq qrupları araşdırmalar davam etdirilur, ərazidəki bəzi yollar hərəkət üçün bağlanıb. Həlak olan hərbçilərin adları ailələrinin istəyi ilə hələlik ictimaiyyətə açıqlanmayıb.