Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt ilə məhkəmə çəkişməsində qələbə qazanıb.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, Los-Anceles məhkəməsi Pittin Colidən onların şərab zavodu ilə bağlı 22 şəxsi mesajın təqdim olunması tələbi ilə bağlı vəsatətini rədd edib.
Hakim bildirib ki, sözügedən yazışmalar vəkil sirri ilə qorunur və Pitt bunun əksini sübut edə bilməyib.
Bununla da məhkəmə apellyasiya instansiyasının əvvəlki qərarını qüvvədə saxlayıb. Eyni zamanda qeyd olunub ki, əlavə araşdırmalar yeni faktlar ortaya çıxara bilər, lakin hazırda Pitt bu istiqamətdə yetərli dəlil təqdim etməyib.
Digər tərəfdən, Colinin Pittə qarşı 33 min dollar cərimə tətbiqi tələbi də təmin edilməyib. Məhkəmə Pittin mövqeyinin müəyyən hüquqi əsaslara söykəndiyini vurğulayıb.