"Brent" markalı neftin noyabr füçerslərinin qiyməti Londonun ICE birjasında keçirilən hərracların məlumatlarına görə, iyulun 24-dən bəri ilk dəfə bir barel üçün 98 dolları ötüb.
"Bakupost" xəbər verir ki, Bakı vaxtı ilə saat 19:05-də "Brent" neftinin qiyməti bir barel üçün 98,04 dollar təşkil edib ki, bu da hərracların bağlanış qiyməti ilə müqayisədə 1,83% artım deməkdir.
Saat 19:10-a olan məlumata görə, göstərici geri çəkilib - qiymət 97,96 dollara düşüb. Bakı vaxtı ilə saat 20:10-a olan məlumata görə, neftin qiyməti 1,37% artıb və bir barel üçün 97,6 dollar səviyyəsində satılıb.
Oktyabr ayında tədarük ediləcək WTI markalı neftin füçerslərinin qiyməti Bakı vaxtı ilə saat 21:15-ə olan məlumata görə, 1,32% artaraq bir barel üçün 92,7 dollar təşkil edib.