Ru
16:50 / 26 Mart 2026

Britaniyada azərbaycanlılar Novruzu coşqu ilə qeyd edib - FOTO

Britaniyada azərbaycanlılar Novruzu coşqu ilə qeyd edib - FOTO
Eye

Böyük Britaniyada yaşayan azərbaycanlı icması Novruz bayramı münasibətilə tədbir təşkil edib.

Bakupost.az xəbər verir ki, tədbir Londonda yerləşən Beyzade Turkish Kitchen məkanında baş tutub.

Müxtəlif yaş qruplarını əhatə edən tədbirdə soydaşlarımız bir araya gələrək bayram ənənələrini yaşadıblar. Qurulan bayram süfrəsində milli şirniyyatlar və ənənəvi yeməklər təqdim olunub. Novruzun əsas atributları sayılan səməni, boyanmış yumurtalar və digər rəmzlər tədbirə xüsusi ab-hava qatıb.

Gecə boyu milli musiqilər səsləndirilib, iştirakçılar arasında səmimi ünsiyyət və yüksək əhval-ruhiyyə müşahidə olunub. Xüsusilə milli geyimdə olan uşaqlar tədbirə rəng qataraq qonaqların diqqətini cəlb edib.

Tədbirdə çıxış edən London Qadınlar Klubunun rəhbəri Sevil Aslanova, Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev və digərləri Novruzun birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu vurğulayıb, xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərləri qoruyub saxlamasının vacibliyini qeyd ediblər.

Qeyd olunub ki, bu cür tədbirlər diaspor üzvləri arasında əlaqələrin möhkəmlənməsinə, eyni zamanda Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verir.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar