Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem keçmiş Energetika naziri Ed Milibəndi ölkənin Xarici İşlər naziri vəzifəsinə təyin edib.
"Bakupost" xəbər verir ki, bu barədə Baş nazir dəftərxanasının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
"Ed Milibənd Xarici İşlər naziri təyin edilib", — deyə paylaşımda bildirilib.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayından etibarən "Forin-ofis"ə (Böyük Britaniya XİN) İvett Kuper rəhbərlik edirdi. Böyük Britaniyanın keçmiş Müdafiə naziri Con Hili isə Maliyyə naziri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, iyulun 20-də Endi Bernem Kral III Çarlz tərəfindən hökuməti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Buna qədər — iyunun 22-də Kir Starmer Böyük Britaniyanın Baş naziri postunu tərk edəcəyini elan etmişdi.