Ru
16:36 / 18 Mart 2026

Bu 3 ölkə böyük təhdiddir - İsveç siyahını açıqladı

Bu 3 ölkə böyük təhdiddir - İsveç siyahını açıqladı
Eye

İsveç Təhlükəsizlik Polisi (SAPO) ölkənin üzləşdiyi ən böyük təhdidlərlə bağlı illik hesabatını yayıb.

Bakupost.az Publika.az istinadən xəbər verir ki, hesabatda Rusiya, Çin və İran İsveç üçün "ən böyük təhdid" elan edilib.

Təhlükəsizlik xidməti son illərdə xüsusilə Rusiya dövlətindən gələn təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Bildirilir ki, Rusiya Ukraynadakı müharibəni dəstəkləmək üçün Avropa boyu sabitliyi pozan hibrid hücumlar daxil olmaqla, getdikcə daha riskli addımlar atır.

İran da uzun müddətdir ki, "ciddi təhlükə" hesab olunur. Hakimiyyət orqanları İsveçdəki cinayətkar şəbəkələrin dövlət strukturları tərəfindən zorakılıq aktları törətmək üçün istifadə edilməsinə diqqət çəkib.

Təhlükəsizlik Xidmətinin rəisi Şarlotta fon Essenin hesabatında qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, həmçinin İranın cavab tədbirləri İsveçdəki Amerika, İsrail və yəhudi obyektlərinə qarşı təhlükəni daha da artırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar