Ru
17:06 / 02 İyun 2026

“Bu adamları kassaya buraxmayın” - Vətəndaşdan “Bravo”ya müraciət - VİDEO

“Bu adamları kassaya buraxmayın” - Vətəndaşdan “Bravo”ya  müraciət - VİDEO
Eye

Bakıda vətəndaşlardan biri “Bravo” marketlər şəbəkəsində ekspress kassalardan istifadə qaydaları ilə bağlı narazılığını bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə videomüraciət yayıb.

Vətəndaş bildirib ki, bəzi alıcılar ekspress kassaların təyinatına uyğun davranmır və bu da növbələrdə sıxlıq yaradır:

"Araba ilə çoxsaylı məhsul alanlar sonradan onları qucaqlarına yığıb bu kassalardan istifadə edirlər. Bu isə az məhsul alanların vaxt itkisinə səbəb olur. Xahiş edirəm, ekspress kassalarda məhsul sayı limiti qoyulsun. Məsələn, 4 ədəddən artıq məhsul olarsa, digər kassaya yönləndirilsin".

Lalə



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar