Ru
10:40 / 11 Sentyabr 2026

Bu baş həkim Coşqunun dayısı imiş

Bu baş həkim Coşqunun dayısı imiş
Eye

”Şəki Yaylası” İstirahət Mərkəzində kanatdan yıxılaraq öllən Coşqun Məmmədov tanınmış həkimin bacısı oğludur.

"Bakupost" Şimal.News-a istinadən xəbər verir ki, Qax rayon Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədovun dayısı İftixar Saadov Qax rayon Süskənd kənd ərazisində yerləşən “Şəfa Pansionatı”nın baş həkimidir. İftixar Saadov uzun illərdir həmin müəssisəyə rəhbərlik edir.

Qeyd edək ki, həyatını itirən Coşqun Məmmədov sentyabrın 6-da, hadisədən iki gün öncə otuz yaşını qeyd edib.

O, Zərnə kəndində doğulsa da ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb və orada işləyib.

Bakıdan nişanlısı ilə Şəkiyə istirahət məqsədilə gəlibmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar