Azərbaycan poeziyası bu gün öz böyük söz ustadlarından biri – Xalq şairi Nəriman Həsənzadə ilə vidalaşır. Onun vəfatı ilə bir ömür başa çatdı, amma misraları yaşamaqda davam edəcək.
“Bakupost” şairin sevilən əsərlərindən bir neçəsini təqdim edir:
NƏRDİVAN
Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
AĞLADI TELLƏR
SARAMI
Canım yandı, can ay Habil!
tәzәlәdin bir yaramı.
Araz axdı kaman boyu,
apardı sellәr Saramı.
Əlәndi torpağım, daşım,
ağardı bәlalı başım.
Mәn ağlayıb qurtarmışdım, –
Ağladı tellәr Saramı.
Qarşımda canlı xәyalsan,
qışqırırsan, amma lalsan.
Çal, Habil, çal – belә çalsan –
kaman dirildәr Saramı.
Xanım Səbuhi,
BakuPost