Ru
17:12 / 19 May 2026

Bu ərazidən keçsəniz, başınıza daş düşə bilər – Bakıda ölüm saçan bina - VİDEO

Bu ərazidən keçsəniz, başınıza daş düşə bilər – Bakıda ölüm saçan bina  - VİDEO
Eye

Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 3e ünvanında yerləşən binalardan birinin eyvan örtüyü qoparaq qəzalı vəziyyət yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov paylaşım edib.

Məlumatda bildirilib ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə və Mənzil-Kommunal İstismar Sahəsinə (JEK) müraciət olunsa da, heç bir tədbir görülməyib.

“Buradan hər gün minlərlə insan keçir. Aidiyyəti qurumlar sadəcə baxıb gediblər”, - deyə paylaşlmda qeyd olunub.

Məsələnin ciddiliyini nəzərə alaraq Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumun mətbuat xidməti çoxsaylı zəng və mesajlarımıza baxmayaraq, sorğumuza cavab vermədi.

Lalə, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar