Ru
18:47 / 19 May 2026

Bu ərazilərdə görünüş məsafəsi 500 m-dək məhdudlaşır

Bu ərazilərdə görünüş məsafəsi 500 m-dək məhdudlaşır
Eye

Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.


Xidmətdən Bakupost.az-a verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər və Gəncədə 16 m/s-dək güclənir.

Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar