Ru
10:55 / 20 İyul 2026

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
Eye

Bakının Nizami rayonunda və Astara rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Bakupost" xəbər verir ki, "Azərişıq" ASC-dən bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir-təftiş işləri ilə əlaqədar iyulun 20-də Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Bundan əlavə, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində də təmir işləri görüləcək.

Planlı elektrik kəsintisi saat 15:00-dan 16:00-dək Astaranın Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud və Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.

"Azərişıq"dan qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin elektrik enerjisi ilə təminatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar