Bu gün Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Azərişıq"dan
"Bakupost"a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Məntəqəsində (TM), eləcə də Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 13:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Kövər kəndini də əhatə edəcək.
Bildirilir ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.