Nənələrin sandıqlarında illərlə saxlanılan köhnə əşyalar indi böyük sərvətə çevrilib. Kolleksiyaçılar və antikvar həvəskarları keçmişdə gündəlik həyatda istifadə edilən bu əşyaları axtarırlar.
Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, təbii boyalarla rənglənmiş və rəngini itirməyən toxuculuq məhsulları xüsusilə dəyərlidir.
Uşaq, Hereke və ya Berqama motivli parçalar kolleksiyaçıların diqqət mərkəzindədir. Gümüş kəmər, sırğalar və gümüş tütün qabları da qızıl qədər qiymətlidir. Osmanlı dövrünə aid möhürlü gümüş əşyalar bazarda ən baha qiymətə satılır.
Köhnə kəhrəba təsbehlər, qurmalı qol və cib saatları da böyük tələbat görür. Nadir mexanizmə malik saatlar və ötən əsrin ortalarına aid fotoaparatlar baha qiymətə alınır. Keçmiş Sümerbank istehsalı olan çini qablar retrospektiv bəzək dəbi ilə dəyər qazanıb. Avropadan gətirilən möhürlü çay və qəhvə dəstləri də çox axtarılan əşyalar sırasındadır.
Köhnə əlifba ilə yazılmış saralmış kitablar və ya ilk nəşrlər sahibini zəngin edə bilər. Kitabın imzalı olması və ya xüsusi cildi onun qiymətini daha da artırır. Rəngli şüşəli və unikal dizaynlı qədim qaz lampaları da kolleksiyaçıların siyahısında yer alır.
Qısası, evdə nənə-babadan qalan köhnə xalçalar, gümüşlər, saatlar, hətta çini qablar və kitablar indi böyük pullar edir, sandıqları yoxlamaq lazımdır.