Ru
10:07 / 11 İyul 2026

“Bu gülünc qadağanı kim aradan qaldıracaq?” – Sabir Rüstəmxanlı

“Bu gülünc qadağanı kim aradan qaldıracaq?” – Sabir Rüstəmxanlı
Eye

Xalq şairi Sabir Rüstəmxanlı dağətəyi rayonlarda sel fəlakətlərinin yaratdığı problemlərlə bağlı paylaşım edib.


"Bakupost" xəbər verir ki, o yay aylarında kiçik arxlara çevrilən dağ çayları leysan yağışları və qar sularının əriməsi nəticəsində məcrasından çıxaraq yüzlərlə metr əraziyə yayıldığını, evlərə, yollara, əkin sahələrinə və bağlara ciddi ziyan vurduğunu bildirib.

Xalq şairinin sözlərinə görə, bunun əsas səbəblərindən biri çay yataqlarının illər ərzində daş, qum və çınqılla dolaraq dayazlaşmasıdır. Onun fikrincə, sel təhlükəsinin qarşısını almaq üçün çay yataqları ilboyu nəzarətdə saxlanılmalı, selin gətirdiyi daş və çınqıl mütəmadi təmizlənməlidir.

Sabir Rüstəmxanlı qeyd edib ki, yerli əhalinin çay yataqlarındakı təbii tikinti materiallarından istifadə etməsinə icazə verilmir:

“Vaxtilə Balakənin, Zaqatalanın, Qaxın bütün gözəl evləri bu çay daşından tikilirdi. Dövlət müəssisələri, tikinti şirkətləri on illər boyu daşısa da, bu daş-çınqıl tükənməz. Bəs onda əhali əlinin altındakı bu tikinti materialından niyə məhrum olmalıdır?”

O bildirib ki, nəticədə çay yataqları daş və çınqılla dolu qalır, növbəti sel isə daha geniş əraziləri dağıdır. Bununla yanaşı, sel nəticəsində zərər çəkmiş sakinlərə ev və hasarlarını bərpa etmək üçün belə çaydan bir maşın qum və ya çınqıl götürməyə icazə verilmir.

“Kənardan gələn şirkətlər daşıya bilər, yerli camaat toxuna bilməz. Ekoloji xeyir verməkdənsə, ekoloji ziyan vuran bu gülünc qadağanı kim aradan qaldıracaq?!” – deyə Xalq şairi vurğulayıb.

Şərhlər
  • Bəhrami

    Hörmətli Dövlət fatehi, Xalq Şairi, cüzi müvəffəqiyyətdən tam-yığcam bütövlük əvəzinə illərlə biganəlik azarı çox sahələrimizdə siiyasi-hüquqlarla yanaşı təbii resurslarımızı təhlükəli səviyyələrə məruz qoymaqdadır? Siiyasətlərini həmin azar xüsusiyyətinə hesablamış Millətçi emissarlar hərbi dəstəklə 1987-93cü illərdən ərazimizin daha 17,32 min kv km hissəsini də 2020ci ilə qədər hərbi genosid əsarətində saxladılar? Bəs, rəsmən 1918ci ildə tanınıb-qəbul edilmiş Azərbaycan Xalq Cümuhürriyyətinin peşkəş-işğal edilmiş, itirilmiş ərazi bütövlüyünü və digər hüquq-haqqlarını Kimlər, haçan iddia-müdafiə edəcəklər? Zəngəzur əsərinin müəllifi Siz deyilsinizmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar