Ru
09:20 / 11 Noyabr 2021

Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

2267
Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

Bakupost.az -ın xəbərinə görə, layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılacaq.

Bu gün eyni zamanda qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçiriləcək. İclasda gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər