Ru
14:40 / 15 Avqust 2026

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Bu il doğulan uşaqlara ən çox qoyulan  ADLAR
Eye

Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb.

"Bakupost" xəbər verir ki, Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Raul (536), Hüseyn (465), Əli (462), Yusif (379), Murad (314), Ömər (313) tutur.

Bu il qız uşaqlarına ən çox Melisa adı verilib – 512.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: İnci (484), Məryəm (473), Aylin (472), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384).


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar