Ru
14:06 / 02 İyun 2026

Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib

Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən, əlilliyi olan 800-dək şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.


Bakupost.az xəbər verir ki, onlara 2 mindən çox reabilitasiya xidməti göstərilib.

Qeyd edilən səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi şəxsin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır.

Bundan sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar