Ru
19:03 / 07 Oktyabr 2026

Bu il qızıl nə qədər ucuzlaşıb?

Bu il qızıl nə qədər ucuzlaşıb?
Eye

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 226 manat 76 qəpiyə bərabər olub.

"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin yanvar ayından ötən son 9 ayda 25,6% və ya 78 manat ucuzlaşıb. Belə ki, bu ilin yanvar ayının sonlarında bir qram qızılın qiyməti təxminən 305 manat olub.

Onu da qeyd edək ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində pərakəndə satış mağazalarında satılan qızıl-zinət əşyalarının da qiymətində kəskin ucuzlaşma olub. Bu ilin yanvar ayında ən çox tələbatın olduğu 585 əyarlı qızıl-zinət əşyalarının bir qramının orta satış qiyməti 195 manat olduğu halda, hazırda 165 manata kimi ucuzlaşıb. Nəticədə, qızıl-zinət əşyalarının qiyməti son 9 ayda təxminən 15% aşağı düşüb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar