Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis" Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.
Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək:
"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etsin".
BakıŞİH-nin başçısının tabeliyində heç bir institut olmalıdır, sadəcə BŞİH mızunlarla işləməli, onlardan volontyor kimi istifadə etməklə, özlərinə kade hazırlaya bilərlər. Bizim dövlət strukturları kadrların hazırlanlası ilə məşqul olmurlar, yeni kadrlar isə qohum və tanışlıq vasitəsilə qəbul olunur. Sadəcə bir misal: prezident tərəfindən gələcəkdə kadr kimi istifadə etmək üçün kurslar təşkil olunmuşdu, həttə ödənişli və ödənişsiz, iş yerləridə təklif edilirdi, qutardıqdan sonra nə oldu?