Ru
10:03 / 11 Noyabr 2021

Bu, kredit verilən tələbələrin sayını artıracaq - Millət vəkili

2110
Xəbər verdiyimiz kimi, gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

Artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.

Millət vəkili Aydın Mirzəzadə Bakupost.az -a açıqlamasında deyib ki, Təhsil Tələbə Krediti Fondunun​ nizamnamə kapitalının məbləğinin artırılması kredit veriləcək tələbələrin sayının​ artması deməkdir:


“Bu əhalinin aztəminatlı təbəqələrindən olan daha çox şəxslərin təhsilə əlçatanlığını təmin edəcək”. ​

Millət vəkili bildirib ki, müasir dövrdə ölkədə səmərəli və dayanıqlı iqtisadi inkişafın təminatçısı olan təhsil sisteminin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prizmadan Fond təhsilin maliyyələşdirməsinin ən yeni
mexanizmlərindən biri kimi çıxış etməklə təhsil almaq istəyənlər üçün bərabər imkanlar təqdim edəcək:

“Fond hər bir Azərbaycan vətəndaşına, eyni zamanda ödənişli əsaslarla təhsil alanların qayğılarına çox həssaslıqla yanaşıldığını göstərir. Nəzərə alaq ki, bu, gənclərimiz üçün çox böyük bir dəstəkdir. Fondun yaradılması gənclərin təhsil almasında dövlətin rolunun artdığını bir daha sübut edir”.

A.Mirzəzadə qeyd edib ki, Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə, əlavə imkanlar açır.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər