Ru
22:42 / 21 Noyabr 2025

Bu məşhur restoran aylardır maaş ödəmir? - İşçilərdən ŞİKAYƏT

Bu məşhur restoran aylardır maaş ödəmir? - İşçilərdən ŞİKAYƏT
Eye

Şahbuz rayonunda fəaliyyət göstərən "Batabat" restoranının əməkdaşları aylardır maaş ala bilmədiklərini söyləyirlər.

Bakupost.az xəbər verir ki, müraciətlərinə baxılmadığını deyən şikayətçilər Naxçıvan şəhərinə gələrək etiraz ediblər.

"Həmin restoranda sürücü işləyirdim. 9 aydır ki, maaşımı ödəmirlər. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişik", - şikayətçilərdən biri söyləyib.

Digər bir vətəndaş isə belə deyib: "Nə vaxt maaşımı istəsəm, yalandan "ödəyəcəyik" deyirlər. Üç uşağım var, onları necə saxlayım?!"

Sözügedən restoranın rəhbəri Ayxan Möhbalıyev isə əməkdaşların maaşlarının bu ay ərzində ödəniləcəyini bildirib.

Qeyd edək ki, "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərən bu məkan sonralar Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının balansına keçib. Artıq bir müddətdir ki, özəlləşdirilən "Batabat" MMC fəaliyyətini müstəqil şəkildə davam etdirir.

Ətraflı Baku TV-nin videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar