Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını yerli dildəki “Naoero” adı ilə əvəz etməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, parlament tərəfindən qəbul edilən təşəbbüs yaxın vaxtlarda ümumxalq səsverməsinə çıxarılacaq.
Prezident David Adeanq bildirib ki, ad dəyişikliyi ölkənin dili, mədəniyyəti və tarixi irsinə hörmətin ifadəsidir. Rəsmilər hesab edirlər ki, bu addım Nauru dilinin və milli kimliyin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.
BakuPost