Ru
00:29 / 16 Oktyabr 2026

Bu ölkə turistlərdən 9 dollar vergi alacaq

Bu ölkə turistlərdən 9 dollar vergi alacaq
Eye

Meksika hökuməti ölkəyə gələn xarici turistlər üçün 175 peso, təxminən 9 dollar məbləğində yeni vergi müəyyən edib.


"Bakupost" xəbər verir ki, bu barədə ölkənin turizm naziri Xosefina Rodriges məlumat verib.

Nazirin sözlərinə görə, yeni rüsum ilkin təklif edilən məbləğin yarısı qədərdir.

Toplanan vəsait Milli Miqrasiya İnstitutuna yönəldiləcək və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə sərf olunacaq.

Samora bildirib ki, xüsusilə hava limanlarında miqrasiya prosedurlarının avtomatlaşdırılması və köhnəlmiş avadanlıqların yenilənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, yeniliklər turistlərin sərhəddən daha sürətli keçməsinə, növbələrin azalmasına və ölkəyə giriş-çıxışa nəzarətin gücləndirilməsinə imkan yaradacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar