Sinqapurda ictimai yerlərdəki ağaclardan düşən meyvələri toplayan və ya götürüb yeyən şəxləri küllü miqdarda cəza gözləyir.
Bakupost.az “Live Mint” portalına istinadən xəbər verir ki, Sinqapurda ictimai yerlərdə əkilən meyvə ağacları dövlət mülkiyyəti sayılır.
Ona görə də vətəndaşların müvafiq qurumlardan icazə almadığı halda ağaclardan meyvə qoparmasına və ya düşmüş meyvələri götürməsinə icazə verilmir.
Məsələ ilə bağlı Sinqapur Milli İnkişaf Nazirliyindən verilən açıqlamada bildirlir ki, dövlət torpaqlarında yerləşən ağaclar və onların meyvələri dövlətə məxsusdur.
İctimai parklarda icazəsiz meyvə yığan şəxslər Parklar və Ağaclar Qanununa əsasən 5000 (6641 AZN) Sinqapur dollarına qədər cərimələnə bilər. Əgər əməl təbiət qoruqlarında və ya milli parklarda törədilərsə, cəza 50.000 (66414 AZN) Sinqapur dollarına qədər və ya 6 aya qədər həbs cəzası ola bilər.
Bilal, BakuPost