Ru
16:02 / 15 Oktyabr 2026

Bu ölkələrə çağırış: Rusiyaya viza qadağası tələb edildi

Bu ölkələrə çağırış: Rusiyaya viza qadağası tələb edildi
Eye

Latviya Rusiyanın bütün vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ölkələrinə viza verilməsinin qadağan olunmasını təklif edib.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, Latviyanın baş naziri Andris Kulberqs oktyabrın 15-də Brüsseldə keçirilən sammitdə Aİ liderlərinə müraciət edərək, Rusiya vətəndaşlarına qarşı viza siyasətinin sərtləşdirilməsinə çağırıb.

Onun sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, Rusiya vətəndaşları hələ də Avropa ölkələrinə səfər edə bilirlər. Latviya hökumətinin başçısı bu imkanın aradan qaldırılmasını istəyib.

Kulberqs, həmçinin Moskvaya qarşı iqtisadi təzyiqlərin artırılmasını tələb edib. O, Rusiya taxılının Aİ ərazisindən tranzitinə qadağa qoyulmasını və qüvvədə olan sanksiyaların daha ciddi icrasını təklif edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar