Gündəlik hər 50 qram emal olunmuş ətin – kolbasa, sosis qəbulu kolorektal xərçəng riskini təxminən 18% artırdığına dair dəlillər var.
Bakupost.az Medicina.az-a istinadən xəbər verir ki, terapevt və qastroenteroloq Olqa Suxareva kolbasa və ya şirniyyat yeməyin siqaret çəkmək kimi zərərli olduğunu iddia edən videolara münasibət bildirib.
Bəzi videolarda hətta bir porsiyanın belə xərçəngə səbəb ola biləcəyi iddia edilir.
Diyetoloqların videolarına cavab verən Olqa Suxareva fundamental bir məqamı qeyd edib. Bir tərəfdən emal olunmuş ətlər (kolbasa, sosiska, bekon və s.), tütün kimi, Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi/IARC tərəfindən 1-ci Qrup kanserogenləri kimi təsnif edilir:
"Amma bu, onların eyni dərəcədə təhlükəli olduğu anlamına gəlmir. IARC 1-ci Qrup o deməkdir ki, bu amil insanlarda xərçəngə səbəb olduğuna dair inandırıcı dəlillər var. Lakin bu, riskin böyüklüyünü müəyyən etmir".
Əlbəttə ki, gündəlik siqaret çəkmək hər gün kolbasa yeməkdən daha zərərlidir.
"Siqaret çəkən şəxsin ağciyər xərçənginə tutulma riski siqaret çəkməyən şəxsinkindən 15-30 dəfə yüksək ola bilər", - deyə həkim qeyd edib.
O, həmçinin antibiotik kursundan sonra da daxil olmaqla bağırsaqları bərpa etmək üçün ən faydalı qidaları sadalayıb. Siyahının birinci hissəsinə təbii qatıqlar, kefir və asidofil südü, turş kələm, kimçi, yaşıl banan (onlar əsas davamlı nişasta ehtiva edir) və beta-qlükan və prebiotik lif mənbəyi olan yulaf əzməsi daxildir.
Elə dünəncə, ən yaxşı sayılan heç də təravətli bişmiş ət-kolbasa (qol-basdırma) alıb, hərəyə ikicə dilim 10-15 qram yeməyə çalışdıq!? İlkən naməlum boğunuq çəhrayı iştahlı məhsul görüntülü *Rosko Klassik* ət tamını xatırlatdı. Elə ikicə dilim intinaya gətirdi? Sonrası mədə və bütün orqanizmlərimizə səhəri gün də köpmə-gərginlik verdi. Onları təsdiqləyən Azərbaycan Dövlət Standartları Komitəsi və Qida Təhlükəsizliyi Ağentliyi ən zəruri qida-ərzaq məhsullarının heç olmazsa yararlı-yararsız üç qiymətli təsnifatını hər ay dərc edə bilməzlərmi?