Ru
21:10 / 21 Oktyabr 2026

Bu quruma yeni icraçı direktor təyin olundu

Bu quruma yeni icraçı direktor təyin olundu
Eye

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Bu barədə "Bakupost"a Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda "Regional Su Meliorasiya" ya icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki "Regional Su Meliorasiya"ya icraçı direktor təyin olunub.

Onu da qeyd edək ki, "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar