Ru
09:54 / 25 Sentyabr 2026

Bu rayonlara yağış yağır, Bakıda güclü külək əsir

Bu rayonlara yağış yağır, Bakıda güclü külək əsir
Eye

Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.

Lakin ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar