Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır deyib.
“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir: