Rusiya “The Insider” nəşrinin baş redaktoru Timur Olevskini federal axtarışa verib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat Rusiya hüquq-mühafizə orqanlarının axtarışda olanlar siyahısında yer alıb.
Prokurorluğun açıqlamasına görə, Olevski ölkədə fəaliyyəti arzuolunmaz elan edilən nəşrin işində iştirakda ittiham olunur. Bildirilir ki, o, daha əvvəl “The Insider”də fəaliyyətinə görə inzibati cəza almasına baxmayaraq, hazırda da nəşrin baş redaktoru olaraq qalır və ölkə xaricində yaşayır.
Qeyd olunur ki, jurnalist video paylaşım platformasında yayımladığı üç materialda antirusiya ritorikasından istifadə edərək hakimiyyət orqanlarını gözdən salmaqda ittiham edilir.
Bakupost.az