Ru
16:22 / 05 Avqust 2025

Bu səhvi ETMƏYƏK! - Mirşahin

Bu səhvi ETMƏYƏK! - Mirşahin
Eye


Mirşahin Ağayev

…Bir neçə gündür ki, mediada (sosiallı, sosialsız) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-də tezliklə mühüm sənəd imzalayacağı barədə xəbərlər yayılır. Bu sənədin iki ölkə arasında sülh sazişi ola biləcəyi ehtimal edilir. Bununla da Qafqazda ən qanlı və ən uzunömürlü müharibə rəsmən başa çatacaq-deyə düşünürlər.

Ola bilər.

Hər şey mümkündür.

Bütün müharibələr səngərdə başlayır, masada bitir. Amma məni məsələnin başqa tərəfi maraqlandırır. Sanki kimlərsə-Ehtimali Sülh Sazişini bilərəkdən artıq indidən ABŞ-nin tarixi nailiyyəti kimi təqdim etməyə çalışır. Bu səhvi etmək olmaz! Bu təkcə tarixi həqiqətləri təhrif etmək deyil, həm də öz xalqına qarşı böyük hörmətsizlikdir! Ola bilsin ki, ABŞ lideri D. Tramp Azərbaycanın lideri İlham Əliyevə rəğbətlə yanaşır. Amma 100 illərin tarixi sənədini D. Trampın ayağına yazmaq, onun cahanşümul uğuru kimi qələmə vermək təşəbbüsləri son dərəcə zərərlidir. Vətən müharibəsində qazandığımız uğurlara şərik qoşmaq cəhdıəri kimi. Qarabağın və Şərqi Zəngəzurun işğldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa, dövlət suverenliyinin təmin olunması-Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm ümumxalq prosesinin müstəsna nəticəsidir.

44 günlük vətən müharibəsi, 8 noyabr Zəfər Günü, 20 sentyabr antiterror əməliyyatı mahiyyətcə misilsiz olmaqla, həm də həlledici hadisələrdir. Deyəsən, kimlərsə ya axmaqlıqdan, ya da arxayınlıqdan Dəmir Yumruqu unutmağa, unutdurmağa çalışır?! Olmaz bunu etmək! Əgər bu gün ABŞ Azərbaycan və Ermənistana hər hansısa sənəd, hətta Sülh Sazişi imzalmaq məqsədilə öz məkanında yer və fürsət təklif edirsə, bu məhz Dəmir Yumruğun nəticəsi ilə barışmaqdır, Azərbaycanın Qələbəsini, ilahi ədaləti qəbul etməyə məcbur olmaqdır. Unudulmamalıdır: Biz indiki məqama Birinci və İkinci Qarabağ müharibəsində verdiyimiz 20 minə qədər şəhidin canı, on minlərlə qazinin qanı, xalqımızın birliyi və tarixi hövsələsi, işğalla barışmazlığı, dözümü, dəyanəti bahasına yetişmişik.

Sülh sazişinin də şərtlərinin müəllifi Prezident İlham Əliyevdir. Və əgər nə vaxtsa, fərqi yoxdur-bu gün, ya sabah-Azərbaycan və Ermənistan arasında Böyük Sülh Müqaviləsi imzalanacaqsa, əsas müəllif yalnız Azərbaycan, yalnız onun Iideri olacaq. Qələbənin müəllifi İlham Əliyev oldu. Sülhü də biz uduruq. Bu zəfərin də müəllifi bəllidir: Prezident İlham Əliyev: yəni Azərbaycan xalqı və Azərbaycan dövləti!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar