Ru
18:44 / 13 Oktyabr 2025

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır
Eye

Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər:

"Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.

Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:

Birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 35 yaş; kiçik zabitlər – 50 yaş; mayor və polkovnik-leytenantlar – 50 yaş; polkovniklər – 55 yaş; ali zabitlər – 60 yaş.) — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş) — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar – 55 yaş; polkovniklər – 60 yaş; ali zabitlər – 65 yaş.) — bir ay müddətinə bir dəfə".

P.Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar