Ru
18:51 / 05 Oktyabr 2026

Bu şəxslərə dolğu etdirmək olmaz - XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz -  XƏBƏRDARLIQ
Eye

Dolğu prosedurları bəzi şəxslərə tövsiyə edilmir və müəyyən hallarda əks-göstəriş hesab olunur.


"Bakupost" xəbər verir ki, estetik-plastik cərrah İlyas Axundzadə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında dərisi çox həssas və infeksiyaya meyilli olan insanlara, o cümlədən hər hansı qazanılmış və ya anadangəlmə immun çatışmazlığı problemi olan şəxslərə dolğu prosedurlarının tətbiqinin tövsiyə edilmədiyini bildirib.

Həkimin sözlərinə görə, HİV xəstələri istisna təşkil edir.

"Belə şəxslərdə bəzən üzdə əmələ gələn xüsusi fəsadları gizlətmək məqsədilə polilaktik dolğudan istifadə oluna bilər (poli-L-laktik turşu (PLLA) əsaslı inyeksiya olan polilaktik dolğu klassik hialuron turşusu dolğusundan fərqli olaraq əsasən kollagenin yaranmasını stimullaşdıran biostimulyator preparatdır).

Həkim əlavə edib ki, üzdə və ya dolğunun vurulacağı nahiyədə iltihabi dəri xəstəlikləri, furunkulyoz, ekzema və digər bu kimi problemləri olan şəxslərə də dolğu vurulması əks-göstərişdir.


"Dolğu prosedurundan gözləntiləri qeyri-real olan, eləcə də ruhi xəstəlikləri olan şəxslərə dolğu proseduru edilməməlidir", - İlyas Axundzadə qeyd edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar