Ru
15:21 / 11 İyun 2026

Bu şəxslərə güzəştli kredit veriləcək

Bu şəxslərə güzəştli kredit veriləcək
Eye

Yumurta istehsalı üzrə dərin emal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə aşağı faizli güzəştli kreditlərin tətbiqi planlaşdırılır.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.

O bildirib ki, ilk dəfə olaraq damazlıq yumurta və digər məhsullar üzrə məhsul subsidiyasının tətbiqi düşünülür.

Direktor vurğulayıb ki, yumurta istehsalının 27 faiz artırılması hədəflənir:

"Bu, öz növbəsində quş əti üzrə özünütəminetmə səviyyəsinin mövcud 80 faizdən 100 faizə çatdırılması planlaşdırılır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar