Ru
22:56 / 28 Noyabr 2025

Bu şəxslərə hərbi xidmətə çağırışa MÖHLƏT verilir

Bu şəxslərə hərbi xidmətə çağırışa MÖHLƏT verilir
Eye

Sosial şəbəkələrdə son günlər geniş müzakirə olunan mövzulardan biri də dişində breket olan oğlanlara hərbi xidmətə möhlət verilməsi məsələsidir.

Bəs bu nə dərəcədə düzgündür?

Bakupost.az Redaktor.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, belə bir qanun var:

“Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətdədirsə” onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51 "d" maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər".

Breketlə bağlı danışan həkim-stomatoloq Daşqın Kərimov isə bildirdi ki, breket dişlərin düzgün sıralanması və çənə bağının ideal formaya gətirilməsi üçün istifadə olunan ortodontik sistemdir:

"Hər bir dişin üzərinə xüsusi yapışdırılan metaldan, seramikadan və ya şəffaf materialdan hazırlanan kiçik konstruksiyalardan ibarətdir. Bu breketlər xüsusi ortodontik teldən keçməklə dişlərə davamlı, amma yüngül təzyiq göstərir və zamanla onların düzgün istiqamətə hərəkətini təmin edir".

Həkim breket müddətindən də bəhs etdi:

"Breketlə müalicə müddəti pasiyentin diş problemlərinin mürəkkəbliyindən, çənə quruluşundan və istifadə olunan breket növündən asılı olaraq dəyişir. Ümumiyyətlə, ortodontik müalicə 12-24 ay arasında davam edir. Bəzən sadə hallarda bu müddət daha qısa, mürəkkəb strukturlu hallarda isə bir qədər uzun ola bilər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar