Ru
12:32 / 07 Oktyabr 2026

Bu şəxslərin gəlirindən vergi tutulacaq

Bu şəxslərin gəlirindən vergi tutulacaq
Eye

Azərbaycanda daha bir sahədən əldə olunan gəlirlər vergiyə cəlb edilir.


"Bakupost" xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, özəl məhkəmə eksperti gəlirləri vergiyə cəlb ediləcək. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək. Həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.

Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar