Ru
20:26 / 04 İyun 2026

Bu stadionun tikinti xərcləri 130 milyon manata çatdı

Bu stadionun tikinti xərcləri 130 milyon manata çatdı
Eye

Gənclər və İdman Nazirliyi "İnşaatçı 3" şirkəti ilə satınalma müqaviləsi bağlayıb.


Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin davam etdirilməsi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 816 685,91 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"İnşaatçı 3" MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, qapı 1,2,3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğludur.

"İnşaatçı 3" MMC haqqında açıq mənbələrdə əlavə məlumatlar yoxdur. Şirkətin internet səhifəsi və əlaqə telefonlarına rast gəlinmir. Qeys Siraclı barəsində də hər hansı məlumat gözə dəymir.

Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı Gənclər və İdman Nazirliyi ilə "İnşaatçı 3" MMC arasında bu müqavilə də daxil 129 233 351,90 manatlıq satınalma müqaviləsi imzalanıb.

Şərhlər
  • Kənd-kolxoz Hesabdarı;

    *Uzun kötük-tir bir neçə nəfərin çiynində daşınır* el birliyi(iməcilik) rəsmi, fotosu tarixi tezis və devizdən məlumdur. Həmin zəka üstəgəl fiziki enerji-gücsüz heç bir səmərəli-faydalı iş-xidmət və məhsul başa gəlmir? Onların hamısını texnoloji vasitələrlə ixtisaslı-qabil insanlar işlnmiş layihə, alınma materiallar və digər vasitələrlə əmək ödənişlərinə ramən icra edirlər! İlkin 20 manat Nizamnamə Kapitalı olmuş *İnşaatçı-3* MMC digər işlərini və həmin stadionu hansı zəmanətlə, necə icraata götürə və başa çatdıra bilər? Özəl İqtisadiyyat formalizmi nə zaman real qarşılıqlı faydalı-sərfəli fəaliyyətə çevriləcək? MMC qeyd olunan gününün və hazırki aylıq demirəm, bir günlük xərci neçə manatdır və gerçək zəmanəti kimlər maliyyə zəmanəti və təminatı yaradıb və icra edib? Daim aşkarlıqdan danışıb, həqiqi gerçəyi (günə minlərlə xərcləri) necə saxtakarca yozmaq da yox, yazmaq olur? 20 manat fondla 129 milyon manatlıq layihə və tikinti!? Eləcə qaz layihəsi də cəmi 40 manatlıq nizamnamə fonduna çəkilib-işə salınıb? Gerçək qayda və inandırıcı reallıq mümkün deyilmi ki, sonnrakı müəmma, şübhə və mübahisələrə səbələr azalsın və ya heç qalmasın?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar