Ru
13:14 / 28 Noyabr 2025

Bu telefonlarda “WhatsApp” işləməyəcək – SİYAHI

Bu telefonlarda “WhatsApp” işləməyəcək – SİYAHI
Eye

2025-ci il dekabrın 1-dən etibarən “WhatsApp” köhnə “Android” və “iPhone” modellərinə dəstəyi dayandırır.

Bakupost.az xəbər verir ki, Bu telefonlarda tətbiq açılmayacaq, mesaj göndərmək mümkün olmayacaq.

Şirkət bu addımın mütəmadi təhlükəsizlik yeniləmələrinin bir hissəsi olduğunu açıqlayıb. Təhlükəsizlik yeniləmələri almayan köhnə əməliyyat sistemləri “WhatsApp” tərəfindən yetərsiz kimi qiymətləndirilir.

“WhatsApp” tərəfindən dəstəklənməyən əməliyyat sistemləri aşağıdakılardır.

“Android 5.1” və daha köhnə versiyalarla işləyən modellər:

•“Samsung Galaxy S5”
•“Sony Xperia M4 Aqua”
•“Motorola Moto X”
•“LG G4”
•“HTC One M8”
•“Huawei Ascend Mate 7”
•“Asus ZenFone 2”

“iOS 11” və daha köhnə versiyalarla işləyən “iPhone” modelləri:

•“iPhone 6”
•“iPhone 6s”
•“iPhone 7”
•“iPhone SE” (1-ci nəsil)
•“iPhone 8”
•“iPhone 8 Plus”

Hələ texniki cəhətdən işlək olsa da, bu cihazların təhlükəsizlik proqramları “WhatsApp” tərəfindən artıq yetərli sayılmır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar