Ru
23:49 / 22 İyul 2026

NTV-nin sədr müavini vəzifəsindən azad edildi - Yeni təyinat

NTV-nin sədr müavini vəzifəsindən azad edildi -  Yeni təyinat
Eye

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 22 iyul 2026-cı il tarixdə imzaladığı sərəncamla Xaliq Yunis oğlu Babayev "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

"Bakupost" Report-a istinadən xəbər verir ki, Bəxtiyar Məmmədovun digər sərəncamı ilə Vüsal Hicran oğlu Muradov "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə olunub.

Şərhlər
  • Dəxi

    NTV ilə yanaşı Ölkəmizdə ona yaxın əsasən məzhəkəli-siyasi beynəlxalqdan daxili kütbeyin əyləncəli, bəzən qloball biabırçı, ya kəskin-saçmalıyıcı atmacalar da səslənir? NTV və digər böyük şəhərlərimizin verilişləri özləri ilə yanaşı Bakıda, Gəncədə, Xankənddə, Tbilisidə, İrəvanda izlənə bilirmi ki, onların vətəndaşlara əyləncə-istirahətə əlavə qaçılmaz zəruri faydaları da mümküdür!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar