Ru
14:24 / 05 Sentyabr 2026

Bu təqaüd 100 manata qaldırıla bilər - DEPUTAT

Bu təqaüd 100 manata qaldırıla bilər - DEPUTAT
Eye

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir.

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib:

Qazilər və müharibə veteranlarına sosial dəstəyin gücləndirilməsi dövlət siyasətinin dəyişməz prioritetidir:

Qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi insan mərkəzli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, məsul dövlət mövqeyi ictimai dövriyyədə səslənən hər ehtimalı qəbul edilmiş qərar kimi təqdim etməyə imkan vermir. Sosial ödənişlərin məbləği yalnız müvafiq normativ-hüquqi aktın qəbulundan və maliyyə təminatının müəyyənləşdirilməsindən sonra dəyişmiş hesab olunur. Buna görə rəsmi qərar elan edilənədək artımın konkret məbləği və tətbiq tarixi barədə qəti fikir bildirmək hüquqi və institusional baxımdan düzgün olmaz".

Deputat mümkün artımın fiskal yükünün idarəolunan hesab edildiyini söyləyib:

"Məsələnin fiskal miqyası isə mövcud statistik baza əsasında obyektiv qiymətləndirilə bilər. Hazırda 183 mindən artıq müharibə veteranına aylıq 80 manat Prezident təqaüdünün ödənilməsi təxminən 175,8 milyon manatlıq illik maliyyə öhdəliyi formalaşdırır. Təqaüdün 80 manatdan 100 manata çatdırılması yalnız bu istiqamət üzrə dövlət büdcəsinə əlavə 43,9 milyon manatlıq illik yük yaradar. Bu rəqəm proqnozlaşdırılan artım kimi deyil, mümkün qərarın maliyyə tutumunu göstərən şərti hesablama kimi qəbul edilməlidir”.

Deputat bildirib ki, qanunvericilikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kimi təsnif olunan qazilərə orqanizmin funksiyalarının pozulma səviyyəsinə uyğun olaraq 400, 500 və 600 manat Prezident təqaüdü ödənilir:

“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş təxminən 14 min şəxs üzrə orta aylıq göstərici 472 manata yaxındır. Bu ödənişlərin 20 faiz artırılması illik təqribən 15,8 milyon manat əlavə vəsait tələb edər. Veteran təqaüdünün 100 manata çatdırılması ilə həmin ssenari birlikdə götürüldükdə ümumi əlavə maliyyə tələbatı 59,8 milyon manat səviyyəsində formalaşar. 2026-cı il dövlət büdcəsinin 41,7 milyard manatlıq xərc çərçivəsi və sosial müdafiə ilə sosial təminata ayrılmış 4,87 milyard manat nəzərə alındıqda, göstərilən ssenari ümumi büdcə xərclərinin təxminən 0,14 faizinə, müvafiq sosial xərclərin isə 1,23 faizinə bərabərdir. Bu nisbətlər mümkün artımın fiskal baxımdan idarəolunan olduğunu göstərir, lakin ödənişlərin daimi xarakteri onların dayanıqlı və əsasən qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsini zəruri edir".

R.Muradov bu qərarın həm daxili istehlakı, həm də sosial ədaləti dəstəkləyə biləcəyini deyib:

"Belə bir qərarın iqtisadi təsiri yalnız büdcədən ayrılan vəsaitlə məhdudlaşmır. Ödənişlərin əsasən gündəlik tələbat mallarına və xidmətlərə yönəlməsi daxili istehlakı dəstəkləyir, vəsaitin müəyyən hissəsinin iqtisadi dövriyyə və vergi daxilolmaları vasitəsilə büdcəyə qayıtmasına şərait yaradır. Maliyyə miqyası ümumi iqtisadiyyatla müqayisədə məhdud olduğundan ayrıca ciddi inflyasiya təzyiqi gözlənilmir. Burada əsas məqsəd sosial ədalətin, dövlət-vətəndaş etimadının və Vətən qarşısında xidmətə verilən ali siyasi-hüquqi qiymətin maddi təminat mexanizmləri ilə daha da möhkəmləndirilməsidir".

Şərhlər
  • Musa Hüseynov

    Salam mən özüm müharibə iştraşçısıyam özümdə dedomda böyümüşəm əsgərliyə könüllü getmişəm muharibəyədə könüllü getmişəm mən bu vətən üçün əlimdən nə gəlirsə etmişəm bəs siz mənə nə etmisiniz mənim qalmağa yerim yoxdur nəyinki qalmağa Allahın 2 sot quru torpağı yoxdur ki başımı soxmağa bir komasa düzəldim 15 ildir ki Şəmkir icra hakimiyyəti mənə təsəlli verir ki yaxşı olacaq hələdəki olmayıb bilmirəm havaq yaxşı olacaq amma onu deyə bilərəm ki verdiyiniz 80 manat rayonda yaşıyanların işıq pulunu ancaq ödüyür indi baxında vəziyyətə sonrada deyirsiniz ki azərbaycan inkişaf edir günü gündən Azərbaycanda baxın görün cavan qalıb hamısı imkan dərdindən düşüb çöllərə min bir əziyyətlə çörək pulu qazanmağa hansısa rusun yaxud bir başqa devlət olsun nədir nədəki ailəsinə çörək pulu göndərsin mən özümdə bunlardan biri iş güc dərdindən gəlib düşmüşəm Qazaxıstanın düzlərinə nəyə görə öz torpağında işləmiyim öz torpağına xeyir verməyim ki yaxşı mayın verəndən sonra hər nəysə deyiləsi söz çoxdur sadəcə onu bilinki heç kim istəməz ki yurdunan obasınan ailəsindən uzaq qalsın sadəcə siz buna məcbur edirsiniz milləti

  • İsayeva Şəlalə

    Veterana 80 man. verir, deputat aşağısı 8000 man. maaş alır. Mənim yoldaşım 1 Qarabağ müharibəsində 4il zülm çəkib. Deputata, nazirə 8, 10 min vermə, 80 man. ver gör dolana bilirlər? Allah qarşısında hamı birdir. İstər Prezident, istər xadimə….. hamımız bir gün Hakim olan Rəbbimizə cavab verəcəyik. Yəni bu qədər haqsızlıqlar edənlər mənə maraqlıdır Allaha nı cavab verəcəklər? Veterana, Qazilərə dəyər verməyənlər öz balalarını müharibə olan kimi gizlətmişdilər. Heçnə demirəm, Allaha həvalə edurəm????

  • Səyyad Mikayılov

    Veteran pulu heçnəyə təsir etmir 80 manatı çıxaranda utanıb yerə girirəmki budu bizim hörmətimiz kirayə qalıram işsizlik ailə bir yandan komunallar hamısı yığılıb qalıb vallahi çox pis vəziyyətdəyik bunu 300-400 yaşaya biləkdən bu nə utancverici yaşamaqdır bu dövlət üçün vuruşan biz yiyən məmurlar

  • Anonim

    Sizin liçni varyoxunuzu esl Azərbaycan kiwiləri .... Werefsiz peyser vicdansizlar ????????????????????????????????????

  • Nəysə

    Bəs hər il sayı azalan(rəhmətə gedən) veteranların maaşını heç olmasa digərlərinə verin

  • Alik

    Ələ salmaqdır bu. 20 manat qaldirmaqdansa qaldirmasalar yaxşıdır. Tibb içilərinin bəzilərinin əmək haqqı qaldıran kimi ərzaqların qiyməti qalxdı. Sanki özəl bir adada yaşayırıq. Bunlara deyən yoxdurki hər təqaüd , əmək haqqı qalxanda siz ərzaqların qiymətini və s digər tələbatlarını qiymətlərini qaldıranda axı bu əmək haqqı artımının əhaliyə xeyri olmur.

  • Tural 057

    Bu pul komunallar ucun verilirse vermeyin komunali pulsuz edin elebil ayda bize 2000 verirsiz , hec qazi ödemir o 80 manat kent yerinde qaliram , qaz 80-100 , iwiq 25-30 , su 20-25 , zibil pulu 3 , telefon pulu 4 , internet 15-25 hesabla hele marwurut pulun demirem hesabla gor komunal ucun verilen pul nece manat edir ayda

  • ....

    Ayıb olsun

  • Novruz Novruzlu

    Baki

  • Novruz

    Baki

  • Ramil Bağirlı

    Ləğv elə. Lazım deyil . Ay başı boş deputatımız, işə gedib gəlincə bir istiqamətə 2 dəfə marşrut dəyişirəm, artıq 2021 çi ildən yəni gediş gəliş 4 dəfə alınır yəni 2.4 man vur onu 20 günə 48 man, əlavə isə həftə ərzində 3 dəfədə əlavə biliyini artırıb deputat olmaq üçün kurslara gedib gəlirəm buda 24 man. Cəmi 72 man. Yerdə 8 man buda mənim çöllərdə qaldığım üçün sport peçenye yeməyimə bəs edər ay tupoy başı boş deputat. Bəsdi xalqı fırladın. Veteranam prezident tərəfindən 5 medal verilib mənə. Səndə bu millətin adamı , məndə. Sənin maaşına bax mənim müəllim maaşıma. Mən kirədə sən isə villada yaşa. Bizə 100 yox başqa dıclətin hər şeyi ilə müqaisə edirsiz, elədə veteran pulunu. Ay insafsızlar elədə 300 man qoy veteranda dolansın, əlili qaldır 1000 man elədə. Nəisə gərək sizdə baş olsun fikirləşəsiz

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar