Ru
15:48 / 16 Yanvar 2026

Bu vergi artırılsın - MM-də təklif

Bu vergi artırılsın - MM-də təklif
Eye

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib.


Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edib.

Təmraz Tağıyev deyib ki, Nərimanov rayonunda 1000 kv metr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə 500 manat ödəyir: “Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması o obyektlərə ciddi təsir etməyəcək, ancaq bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar