Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançı və idman mütəxəssisini təltif edib. Təltif olunanlar arasında Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) oğlu Azər Məhərrəmov da var. Qol güləşi idman üzrə dünya çempionu olan A.Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib.
Bakupost.az xəbər verir ki, A.Məhərrəmov təltiflə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb. O bildirib ki, tətlif olunmasını gözləyirmiş: "Təbii ki, gözləyirdik, hamının arzuladığı bir şeydir. Mən dəfərlərlə qol güləşi üzrə Avropa və dünya çempionu olmuşam. Bu baxımdan gözləntim var idi, çox xoş oldu. İdmançının ilk arzusu Avropa çempionu olmaqdır. Digər istəyi isə dövlət tərəfindən dəstək görməkdir. Biz də gələcəkdə özümüz kimi yaxşı idmançıları yetişdirəcəyik. Allah xalqımızı və dövlətimizi qorusun”.
Qeyd edək ki, Fred Asif 1991-ci ildə Birinci Qarabağ müharibəsində cəbhənin Ağdam istiqamətində döyüşüb. Döyüşlərdə şücaətinə görə Azərbaycan Milli Qəhrəmanı adı alıb.