Ru
21:37 / 15 İyul 2026

Bu xidmət artıq ödənişsiz ola bilər — Açıqlama

Bu xidmət artıq ödənişsiz ola bilər — Açıqlama
Eye

Azərbaycanda qaz qurğularının xəritəsinin (sxeminin) verilməsi üçün ödənilən 20 manat dövlət rüsumunun ləğvi təklif edilir.

"Bakupost" xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi qəbul olunacağı təqdirdə, vətəndaşlar və sahibkarlar bu xidmətə görə artıq dövlət rüsumu ödəməyəcəklər.



Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov qaz qurğularının xəritələrinin verilməsi üçün nəzərdə tutulan 20 manat dövlət rüsumunun ləğvi ilk baxışda kiçik rəqəm görünsə də, bu addımın mahiyyəti məbləğin özündən daha çox inzibati yükün azaldılması və dövlət xidmətlərinin sadələşdirilməsi deməkdir:

Bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və sahibkarlar üçün əlavə maliyyə və bürokratik maneələri aradan qaldırmaqdır, dövlət xidmətlərinin daha əlçatan olmasını təmin etmək və biznes mühitini yaxşılaşdırmaqdır. Son illər dövlət idarəçiliyində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və inzibati prosedurların optimallaşdırılması istiqamətində həyata keçirilən islahatların məntiqi davamı kimi bu cür rüsumların yenidən nəzərdən keçirilməsini mən mütəxəssis olaraq müsbət qiymətləndirirəm. Vətəndaşlar baxımından bu qərar qazlaşdırma, tikinti və yaxud əmlakla bağlı sənədləşdirmə prosesində xərclərin azaldılması kimi qəbul edilir.

Ayrı-ayrılıqda 20 manat böyük məbləğ olmasa da, müxtəlif dövlət xidmətləri üzrə ödənilən rüsumlar birlikdə ailə büdcəsinə müəyyən qədər yük yaradır. Bu baxımdan hər bir əlavə ödənişin ləğvi vətəndaşın ailə büdcəsinə daha səmərəli təsir göstərə bilər. Sahibkarlıq subyektləri üçün isə bu dəyişiklik daha çox prosedurların sadələşdirilməsi baxımından əhəmiyyətlidir. Tikinti, istehsal və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr müxtəlif icazə və texniki sənədlər əldə edərkən çoxsaylı ödənişlərlə üzləşirlər. Belə rüsumların ləğvi biznesin əməliyyat xərclərinin azalmasına gətirib çıxara bilər, investisiya mühitinin yaxşılaşmasına və eyni zamanda sahibkarda inam yaranmasına səbəb ola bilər”.

Bundan başqa, bunun dövlət büdcəsinə təsirinin əhəmiyyətli olacağını gözləmirəm. Bu rüsum üzrə daxilolmalar ümumi büdcə gəlirlərində çox kiçik paya malikdir.

Əvəzində prosedurların sadələşdirilməsi nəticəsində xidmətlərin göstərilməsi sürətlənərsə, sənəd dövriyyəsi optimallaşarsa və vətəndaş məmnuniyyəti artarsa, bunun iqtisadi və sosial faydası daha yüksək olar”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar