Ru
12:35 / 28 Sentyabr 2026

Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq?

Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı  - Çörək bahalaşacaq?
Eye

"Dünya bazarında taxıl qiymətlərində artım müşahidə olunur və bu tendensiyanın Azərbaycana da mərhələli şəkildə təsir göstərməsi mümkündür".

"Bakupost" xəbər verir ki, bunu "baku.vs"ə açıqlamasında İqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, taxıl qiymətləri avqust ayında iyul ayı ilə müqayisədə 2,2 faiz artıb:

"Qiymətlər 2004-cü ilin mayından etibarən ən yüksək səviyyəyə çatıb. Bu artımın əsas səbəblərindən birinin Qara dəniz regionunda baş verən proseslərlə bağlıdır.

Xüsusilə buğdanın qiymətində son bir ildə nəzərəçarpacaq artım qeydə alınıb. Hazırda buğda ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz daha bahadır".

Xalid Kərimli əlavə edib ki, dünya bazarında taxılın bahalaşması idxalçıların da xərclərinin artmasına səbəb olacaq:

"Bu isə öz növbəsində taxılın əsas xammal kimi istifadə olunduğu məhsulların, o cümlədən çörək və digər un məmulatlarının qiymətlərinə müəyyən müddətdən sonra təsir göstərə bilər.

Dünya bazarında formalaşan qiymət artımının Azərbaycanda dərhal əks olunması gözlənilmir. Bunun əsas səbəbi idxal müqavilələrinin əvvəlcədən müəyyən edilmiş şərtlərlə bağlanmasıdır".

"Şirkətlərin xarici tərəfdaşlarla bağladığı müqavilələr üzrə müəyyən öhdəlikləri olur və həmin müqavilələr qüvvədə olduğu müddətdə qiymət dəyişiklikləri bazara dərhal ötürülmür. Mövcud müqavilə başa çatdıqdan sonra yeni müqavilələr bağlanarkən artıq dünya bazarındakı aktual qiymətlər nəzərə alınır. Bundan sonra artan idxal xərclərinin daxili bazara təsiri tədricən özünü göstərə bilər", – deyə Xalid Kərimli qeyd edib.

İqtisadçının fikrincə, bu baxımdan dünya bazarında taxıl və xüsusilə buğdanın qiymətində müşahidə olunan artımın Azərbaycanda da növbəti dövrlərdə mərhələli şəkildə hiss olunması mümkündür.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar