Ru
20:02 / 18 İyul 2026

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül
Eye

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də həbs olunan “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxın dostlarından olan Haluk Leventlə bağlı təəssüf hiss keçirdiyini vurğulayıb.

“Bir Haluk Levent hekayəsi... pizza hut

O dövrdə sən və mən eyni xəyalları və eyni həyəcanı paylaşdıq. Şöhrət nərdivanını bir dam altında, eyni prodüser şirkəti ilə birlikdə qalxdıq.

Sonra qorxunc bir borca düşdün. Qazandığın pis vərdişlər sənə ciddi bəlalar gətirdi. Həmin borclara görə səni mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Dənizin müşayiəti ilə şəxsən Adana Karataş həbsxanasına apardıq.

O vaxtlar Star TV-də bir serialdan qazandığım pulla səkkiz müxtəlif banka olan borclarını ödəmək üçün sənin yanında olduq. Ayağa qalxmağın üçün əlimizdən gələni etdik.

İllər ərzində “Ahbap” Dərnəyi vasitəsilə həyata keçirdiyiniz yardım fəaliyyətlərini gördükcə öz-özümə “Haluk o qaranlıq günləri geridə qoyub”, - deyirdim. Nazirlərdən, valilərdən tutmuş şəhər meri və Prezidentin xanımına qədər hər kəs səni təqdir edirdi. Xalq bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də sonuncu şansı verdi.

Zəlzələdən sonra insanlar öz doğmalarını torpağa tapşırarkən, milyonlarla insan sənə güvəndi və əllərindəki o cüzi imkanları belə əmanət etdi.

Və məhz buna görə də... O masaların arxasına bir daha oturmamalıydın. O ekranlara bir daha baxmamalı, o düymələrə bir daha toxunmamalıydın. Kaş ki, əllərin qırılaydı – təki o qaranlığa qayıtmayaydın.

Milyonlarla insan sənə yol göstərən bir işıq yandırdı, amma o işığı görmədin. Keçici bir həyəcan naminə bu qədər sevgi, etimad və zəhmətə arxa çevirdin. Hərəkətlərin təkcə səni deyil, sənə inanan hər kəsi yaraladı.

Bu gün fikrimdə ilk növbədə sən deyil, ailən var. Təkcə onların xatirinə belə, bütün o pis vərdişləri, qarşısıalınmaz istəkləri və zəiflikləri geridə qoymalıydın.

Cavabını tapa bilmədiyim bir sual qalır:

Buna həqiqətən dəyərdimi, Haluk?”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində həbs qərarı çıxarılıb. O, 2023-cü ilin fevralında Kahramanmaraşdakı zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan pulları xərclməkdə ittiham olunur.

Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar