Ru
20:10 / 24 Sentyabr 2026

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan
Eye

Əgər fürsət yaranarsa və bu imkan müzakirə olunarsa, biz Azərbaycandan və İrandan da qaz alacağıq.


"Bakupost" xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib.

"Elektrik enerjisinə keçəcəyik, bütün ölkələrdən qaz alacağıq, nüvə elektrik stansiyasını gücləndirəcəyik, günəş enerjisi sistemini gücləndirəcəyik, bütün ölkələrlə ticarət edəcəyik, yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, region ölkələri arasında hər cəhətdən sülh və əməkdaşlıq olacaq. Bütün mümkün yerlərdə Azərbaycanla demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıracağıq", - o vurğulayıb.

Simonyan qeyd edib ki, hər şey çox yaxşıdır, çünki indi Ermənistanda sülh və demokratik hökumət var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar