Ru
11:38 / 07 Oktyabr 2026

Bunu etməyən “WhatsApp” hesabına girə bilməyəcək

Bunu etməyən “WhatsApp” hesabına  girə bilməyəcək
Eye

“WhatsApp” köhnə əməliyyat sistemi ilə işləyən telefonlarda bəzi istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.

"Bakupost" xəbər verir ki, yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün telefonun Android və ya iOS sistemini ən son versiyaya yeniləməlidirlər. Əgər cihaz üçün artıq yeni sistem yeniləməsi təqdim olunmursa, “WhatsApp”dan istifadəni davam etdirmək üçün yeni telefona keçmək lazım gələ bilər.

Şirkət bu addımı köhnə sistemlərdəki təhlükəsizlik boşluqlarından istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarını daha yaxşı qorumaq məqsədilə atıb.

Hazırda hansı əməliyyat sistemi versiyalarının dəqiq şəkildə bloklanacağı açıqlanmayıb. İstifadəçilərə telefonlarının parametrlərindən sistem yeniləmələrini yoxlamaq tövsiyə olunur.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar