Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İran xalqının dözümlülüyü və cəsarəti, həmçinin rəhbərlikdəki zəngin istedad ehtiyatı bütün dünyanı heyran qoyub.
“Bakupost” xəbər verir ki, Putin bu fikirləri “Valday” Klubunun plenar iclasındakı çıxışı zamanı səsləndirib.
“Əlbəttə, bütün dünya baş verən hadisələri diqqətlə izləyir və İran xalqının cəsarətinə, qəhrəmanlığına və dözümlülüyünə, eləcə də yüksək səviyyəli istedadların zəngin ehtiyatına heyranlıq duyur”, - Rusiya lideri qeyd edib.
O xüsusilə qeyd etdi ki, İran rəhbərliyinin bütün səviyyələrində — hökumət strukturlarında, orduda və İslam İnqilabı Keşikçiləri Korpusunda (İİKK) — “öz xalqı naminə fədakarlığa hazır” olan çoxsaylı şəxslər var.