Ru
13:40 / 28 Sentyabr 2026

Bütün gününü gizlicə BƏƏ-də keçirən Netanyahu nə planlaşdırır?

Bütün gününü gizlicə BƏƏ-də keçirən Netanyahu nə planlaşdırır?
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib.

“Bakupost” xəbər verir ki, bu barədə İsrailin “12-ci Kanalı”ı məlumat yayıb.

Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə gedərək, bütün günü orada keçirib və axşam evə qayıdıb.

Kanal iddia edir ki, səfərin məqsədi BƏƏ prezidenti və Əbu-Dabi əmiri Məhəmməd bin Zayed Əl Nəhyanla şəxsi görüş olub.
Söhbətin mövzusu dəqiqləşdirilməyib. Netanyahunun ofisi də bu xəbərlərə şərh verməyib.

Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, Netanyahunun BƏƏ-ə səfəri bölgədə hansısa intensiv proseslərin gözlənildiyini düşünməyə əsas verir:


“O, ərəb ölkələri içərisində İsrailin əsas müttəfiqlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri ilə müəyyən məsələləri koordinasiya etmək, yaxud qarşıdakı proseslərlə bağlı informasiya mübadiləsi aparmaq məqsədilə səfər edə bilər”.

Konfliktoloq qeyd edir ki, görünür yalnız ən üst səviyyələrdə müzakirə və mübadilə edilməsi vacib olan bir sıra məlumat və məsələlər var:

“Bu baxımdan, Netanyahunun BƏƏ səfərinin özü diqqət çəkən məqamdır.

Hər bir halda, bu səfər onu göstərir ki, Yaxın Şərqdə yaxın günlərdə və ya yaxın perspektivdə proseslərin yenidən intensivləşməsi ehtimalı var. Bunun Netanyahu hökumətinin gələcək taleyi, onun siyasi hakimiyyətinin başqa bir variantla əvəzlənməsi və ya İsrailin apardığı siyasətin yeni koordinasiyalar nəticəsində yenidən şəkillənməsi ilə bağlı olub-olmadığını isə zaman göstərəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar